NOVRUZ BAYRAMI İLƏ ƏLAQƏDAR TƏTİL GÜNLƏRİNİN SAYI AÇIQLANDI
Mart 06 , 2018 | 03:30 / Mühüm hadisələr
Oxunma ( 6002 )
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq
Novruz bayramı ilə əlaqədar Azərbaycan məktəblərində martın 20-dən etibarən dərs olmayacaq. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məktəbdə dərslər martın 27-də başlayacaq.
İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili 1-5 may tarixlərində olacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 20, 21, 22, 23 və 24-ü Novruz bayramı ilə əlaqədar qeyri-iş günləridir. Martın 24-ü həftənin şənbə gününə təsadüf etdiyindən, martın 26-sı da qeyri-iş günüdür. Martın 27-si isə iş günüdür.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.