Mart 12 , 2018 | 06:54 /
Nobel Mükafatları– illik beynəlxalq mükafat. (İsveç: Nobelpriset, Norveç: Nobel Prizes) 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilə Alfred Nobel tərəfindən qurulan dərnəyin verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901 tarixində verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən $1,3 mln.-a bərabərdir.
1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvə görə çap olunmuş "Ölüm taciri dünyanı dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini [1] dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından[2] vəfat etmişdir.
27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir. «Compuart» jurnalı.
Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. Bu gəlir 1901-ci ildən verilməyə başlamışdır.
Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı alti sahə üzrə verilməlidir: