“Azərbaycan ədəbiyyatında soyqırımı və deportasiyaların bədii əksi: reallıqlar və çağırışlar” mövzusunda elmi sessiya keçiriləcək
Mart 12 , 2018 | 01:36 / Mühüm hadisələr
Oxunma ( 2629 )

Martın 13-də saat 16:00-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 31 mart - Azərbaycanlıların Soyqırımı Gününün 100-cü ildönümünə həsr olunan “Azərbaycan ədəbiyyatında soyqırımı və deportasiyaların bədii əksi: reallıqlar və çağırışlar” mövzusunda elmi sessiya keçiriləcək.

Tədbir ölkə başçısının "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" 18 yanvar 2018-ci il tarixli Sərəncamına əsasən təşkil olunacaq.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.