Fotos
AMEA Rəyasət Heyətinin iclasında bir sıra mühüm qərarlar qəbul edilib
Mart 14 , 2018 | 04:37 / Mühüm hadisələr
Oxunma ( 2332 )

Martın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. 

AMEA-nın prezidenti, akademik Akif Əlizadə iclası açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Gündəlikdə yer alan növbəti məsələ elmi tədqiqat proqramlarının respublika müsabiqəsinin nəticələri haqqında olub. Bildirilib ki, AMEA-da 2018-2020-ci illər üçün elmi tədqiqat proqramlarının işlənməsi, seçilməsi və maliyyələşdirilməsi məqsədilə respublika müsabiqəsi elan edilib. Qeyd olunub ki, müsabiqəyə təqdim olunan elmi tədqiqat proqramlarının AMEA-nın müvafiq elmi bölmələri tərəfindən ekspertizası təşkil edilərək Rəyasət Heyətinin müzakirəsinə təqdim olunub.

İclasda tövsiyə olunan proqramların maliyyələşdirilməsi qərara alınıb.

Rəyasət Heyəti AMEA və Fransanın Monpelye Universiteti arasında əməkdaşlıq haqqında sənədi də müzakirə edərək təsdiq edib. Alademik Akif Əlizadə bu ilin yanvarında hər iki qurum arasında beş il müddətinə Çərçivə Sazişi, Əməkdaşliq və Dissertasiya Maliyyələşdirilməsi haqqında Saziş imzalandığını xatırladıb. Qeyd edib ki, sözügedən sənədlərə əsasən Akademiya tərəfindən müəyyənləşdiriləcək elm sahələri üzrə doktorantların AMEA və Monpelye Universitetinin qeydiyyatından keçirələrək hər iki təşkilatdan elmi rəhbərlə təmin edilməsi planlaşdırılır. Akademik proqramda iştirak üçün hər il iki doktorantın AMEA və Monpelye Universitetinin alimlərindən ibarət komissiya tərəfindən seçiləcəyini deyib. Bildirib ki, doktorantlar təhsil müddətinin iki ilini Monpelye Universitetində və bir ilini AMEA-da tamamladıqdan sonra həm Azərbaycan, həm də Fransa tərəfindən PhD diplomlarına yiyələnmə haqqı qazanacaqlar.

İclasda mərhum akademiklər Vahab Əliyev və Əlisöhbət  Sumbatzadənin 110, Cəlal Əliyev və Vahid Hacıyevin 90 illik yubileylərinin qeyd olunması, həyat və yaradıcılığına həsr olunan tədbirlərin keçirilməsi qərara alınıb. Rəyasət Heyəti Azərbaycan Respublikasında dövlət quruculuğu proseslərinin, azərbaycançılıq idieologiyasının uğurla həyata keçirilməsində bu gün də şərəflə və məsuliyyətlə xidmət edən AMEA-nın həqiqi üzvü Ramiz Mehdiyevin ictimai elmlərin inkişafındakı fəaliyyətini nəzərə alaraq və anadan olmasının 80 illiyi ilə əlaqədar AMEA-nın Fəxri Fərmanı ilə təltif edilməsi, alimin yubileyinə həsr olunan elmi sessiyanın keçirilməsi barədə qərar verib. Bundan əlavə, AMEA Məhəmməd Füzuli adına ƏlyazmalarGenetik EhtiyatlarGeologiya və Geofizika institutlarının strukturunda qismən dəyişiklik edilib. Digər qərarla AMEA-nın Elm Tarixi İnstitutunun İnformasiya və tərcümə şöbəsi yaradılıb.

Sonda kadr məsələlərinə baxılıb. Biologiya üzrə fəlsəfə doktoru Mehrac Abbasov Genetik Ehtiyatlar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyev Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Elçin Abbasov isə həmin institutun elmi katibi vəzifəsinə təyin ediliblər.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.