Bu il AMEA Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Elmi seminarlarında elmi məruzə dinləniləcək
Mart 29 , 2018 | 12:05 / Mühüm hadisələr
Oxunma ( 2797 )
Magistratura və fəlsəfə doktorluğu üzrə təhsil alan, eləcə də şöbələrdə vakant vəzifələrə yiyələnmək istəyən gənclərin elmi məruzələrinin dinlənilməsi məqsədilə AMEA Geologiya və Geofizika  İnstitutunda fəaliyyət göstərən Gənc Alim və Mütəxəssislər Şurası artıq dörd ildir ki, elmi seminarlar təşkil edir. Şuranın və həmçinin Elmi seminarın sədri, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasovun verdiyi məlumata əsasən, keçirilən elmi seminarlar müəssisənin rəhbərliyi tərəfindən təsdiqlənən iş planı üzrə  təşkil olunur. Artıq sözügedən Elmi seminarın 2018-ci il üzrə iş planı İnstitutun rəhbərliyi tərəfindən təsdiqlənib. Plana görə, ilk növbədə bu il İnstitutda magistr təhsili alan gənclərin elmi-tədqiqat işlərinin nəticələri məruzə olunaraq müzakirə ediləcəkdir. 
 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.