Azərbaycan xalqı seçkilərdə layiqli namizədə səs verəcək
Apr 02 , 2018 | 11:44 / Müsahibələr, çıxışlar
Oxunma ( 2953 )

Azərbaycanda formalaşmış seçki ənənəsi mövcuddur. Seçkilərin demokratik prinsiplərə və dünya standartlarına uyğun keçirilməsi üçün lazimi addımlar atılıb. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Emin Bağırov bildirib.

O deyib ki, Azərbaycanın seçki qanunvericiliyi  demokratikliyi, mütərəqqiliyi baxımından əksər dünya ölkələrinə nümunədir: “Seçki Məcəlləmiz ölkəmizdə fəaliyyət göstərən bütün siyasi qüvvələrə bərabərhüquqlu mübarizə üçün sağlam şərait yaradıb. Seçkilərdə iştirak edən namizədlər İctimai Televiziyada əhali ilə birbaşa təmas qurmaq üçün pulsuz efir imkanlarına malikdirlər. Bundan əlavə, namizədlərin platformalarını şəhərin müxtəlif hissələrində nəzərdə tutulmuş yerlərdə təqdim etmələri üçün sərbəst şərait yaradılıb.

E.Bağırov əminliyini bildirib ki, Azərbaycan xalqı seçkilərdə  ölkəmizin elmi potensialının yüksəlməsi, böyük nailiyyətlər əldə etməsi üçün prespektiv vəd edən layiqli namizədə səs verəcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.