AMEA Botanika İnstitutunun doktorantı Gürcüstan Aqrar Universitetində təcrübə keçib
Apr 04 , 2018 | 02:40 /
Oxunma ( 2521 )

Botanika İnstitutunun doktorantı Aydan Zeynalova Gürcüstan Aqrar Universitetinin “Test Lab” təcrübə laboratoriyasında ezamiyyətdə olub. Ezamiyyət nəzərdə tutulmuş elmi-tədqiqat işlərini yerinə yetirmək və elmi təcrübəsini artırmaq məqsədi ilə həyata keçirilib.

A. Zeynalova elmi-tədqiqat obyekti olan Nar bitkisinin (Punica granatum L. növü) yarpaq və çiçəklərinin biokimyəvi tərkibini müəyyən etmək məqsədi ilə müasir beynəlxalq metodlara əsaslanaraq kompleks şəkildə xromatoqrafik və kimyəvi analizlər aparıb. Aparılan analizlər nəticəsində narin çiçəyində 6 antosian, yarpağında isə 11 fenol birləşməsi aşkar olunub. Bunula yanaşı  “Test Lab” təcrübə laboratoriyasının mütəxəssilərindən yüksək effektli maye xromatoqrafın iş prinsipini və kimyəvi analizlərin aparılması qaydalarını öyrənib.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.