Fotos
Gənc alimlər Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə inşaat işləri ilə yerində tanış olublar
Apr 05 , 2018 | 10:25 /
Oxunma ( 3339 )

Bu gün AMEA Gənc Alim və Mütəxəssislər Şurasının bir qrup üzvü Abşeron rayonunun Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”nə (Science City) baş çəkiblər. Gənc mütəxəssislər Akademiya əməkdaşları üçün tikilən kooperativ yaşayış kompleksinin inşaat işləri ilə yerində tanış olublar.

Gənc alimlərə məlumat verilib ki, əsasən gənc alim və mütəxəssislərin mənzil şəraitinin yaxşılaşdırılmasına xidmət edən bu yaşayış kompleksi Akademiya rəhbərliyinin ən uğurlu layihələrdən biridir. Eyni zamanda qeyd edildi ki, bu istedadlı gənclərin elmə cəlb olunmasında mühüm həvəsləndirmə tədbiri olacaq.

Ziyarətçi gənclər “Science City” yaşayış kompleksinin ekoloji təmiz havası olan ərazidə yerləşməsini, burada müvafiq sosial infrastrukturun yaradılması, həmçinin ictimai iaşə, məişət, məktəb, uşaq bağçası və digər xidmət obyektləri üçün qeyri-yaşayış sahələrinin də istifadəyə verilməsinin nəzərdə tutulması yüksək qiymətləndirmişlər.

Gənclərin müxtəlif sualları cavablandırılmış və xatirə şəkilləri çəkilmişdir.

Məlumat üçün qeyd edək ki, 7 hektarlıq ərazidə reallaşdırılacaq bu layihə çərçivəsində, ümumulikdə 18 bloklu binanın tikilməsi və 1928 mənzilin istifadəyə verilməsi nəzərdə tutulur. İlk binanın inşasının isə 2 ilə başa çatdırılması planlaşdırılır.

AMEA əməkdaşlarının mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən “Science City” yaşayış kompleksinin həyəti və ətrafında böyük parkların salınması, 1, 2 və 3 otaqlı mənzillərin müasir dizaynda və yüksək keyfiyyətlə tikilməsi planlaşdırılır.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.