Apr 19 , 2018 | 02:24 / Mühüm hadisələr
9-13 aprel 2018-ci il tarixlərində Moskva şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetində “Lomonosov” adlı gənc alim, tələbə və aspirantların XV Beynəlxcalq Elmi Konfransı keçirilmişdir. Bu tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasını təmsil edən Torpaqşünaslıq və Aqrokimya İnstitutunun “Torpaqların aqroekologiyası və bonitirovkası” laboratoriyasının elmi işçisi Günel Məmmədova konfransın seksiya iclasında "Muğan çölünün pambıq altında qalan torpaqlarının ekoloji xüsusiyyətləri” mövzusunda mərüzə etmişdir. Maraqla qarşılanan məruzə ətrafında geniş müzakirə aparılmış və konfrans iştirakçılarının Azərbaycanda pambıqçılığın mövcud vəziyyəti və ərazinin ekoloji xüsusiyyətləri haqqında çoxsaylı suallar cavablandırılmışdı.
Qeyd edək ki, Günel Məmmədovanın məruzəsi sertifikata layiq görülmüşdür.
Konfrans iştirakçıları .V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Torpaq muzeyi”ndə təşkil olunmuş ekskursiyada iştrak etmişlər.