Fotos
AMEA gənc alim və mütəxəssilərinin İnstitutlararası V Futbol Çempionatının qrup oyunlarına start verilib
Apr 23 , 2018 | 04:11 / İdman yarışları
Oxunma ( 2507 )

Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan AMEA Gənc Alim və Mütəxəssilərinin İnstitutlararası V Futbol Çempionatının qrup oyunlarına start verilib. 

Akademiya Şəhərciyində yerləşən mini stadionda baş tutan stadionda baş tutan açılış mərasimində AHİ-nin sədri, hüquq üzrə elmlər doktoru, professor Habil Qurbanov, Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar Fərzəliyev, Fizika İnstitutunun Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru Sitarə Bağırova və gənc alimlər iştirak ediblər.

Açılış mərasimində çıxış edən Şuranın sədri, dosent Famin Salmanov komandaların üzvlərini təbrik edib. Qeyd edib ki, artıq ənən halını alan bu idman layihəsi Akademiya gənc mütəxəssislərinin asudə vaxtlarının səmərəli təşkilinə yönəlib. O artıq 5-ci dəfə keçirilən bu çempionatın elə bu gün ölkəmizdə start verilən "Formula" yarışı ilə eyni vaxta təsadüf etdiyini və bunun rəmzi məna daşıdığını vurğuladı.

 

F.Salmanov çempionatın 23 aprel - 12 may tarixlərində 17 komandanın iştirakı ilə keçiriləcəyini və oyunların AFFA-nın peşəkar hakim briqadası tərəfindən idarə olunacağını bildirib.

 

Sonra çıxış edən Habil Qurbanov çempionatın keçirilməsini təqdirəlayiq hal hesab edib və ölkəmizdə idmanın inkişafına töhfə verəcəyini söyləyib. O, AMEA tərəfindən AFFA-ya müraciət edildiyini və 2018-2019-cu illərdə 3 mini futbol meydançasının hazırlanaraq akademiya əməkdaşlarının istifadəsinə veriləcəyini diqqətə çatdırıb. Qeyd edib ki, meydançalar AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası, Yüksək Texnologiyalar Parkı və Dendrologiya İnstitutunun ərazisində tikiləcək.

 

Rəsmi açılışdan sonra AMEA-nın elmi-tədqiqat müəssisələrinin komandaları qrup oyunlarında mübarizəyə qoşulublar.

İlk oyun günündə qeydə alınan nəticələr:

Saat 12:00

C qrupu

Fizikaİnstitutu - Neft-KimyaProsesləriİnstitutu - 0:0

Saat 13:00

C qrupu

Radiasiya Problemləri İnstitutu  - Torpaqşünaslıq və Aqrokimya İnstitutu - 9:4

Saat 14:00

A qrupu

Geologiya və Geofizika İnstitutu -  Təcrübə Sənaye Zavodu - 10:4

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.gencalimler.az saytına istinad zəruridir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.