Fotos
AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşları nüfuzlu beynəlxalq elmi tədbirlərdə iştirak ediblər
Apr 24 , 2018 | 02:49 / Mühüm hadisələr
Oxunma ( 2823 )

7 aprel 2018-ci il tarixində AMEA Geologiya və Geofizika İnstitutunun “Geotektonika və regional geologiya şöbəsi”nin rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, “Hidrogeologiya və mühəndisi geologiya şöbəsi”nin rəhbəri, prof. Yusif İsrafilov, Gənc Alim və Mütəxəssislər Şurasının sədri, “Palçıq vulkanizmi şöbəsi”nin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru, dosent Orxan Abbasov “Paleofloristika sektoru”nun rəhbəri, Yer elmləri üzrə fəlsəfə doktoru Şəfəq Bayramova, “Müasir geodinamika və kosmik geodeziya şöbəsi”nin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Rafiq Səfərov, “Çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsi”nin elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Tofiq Rəşidov və “Palçıq vulkanizmi şöbəsi”nin mühəndisi Fuad Nəbiyev Avropa Yer Elmləri İttifaqının Baş Assemleyasında iştirak etmək məqsədilə Avstriyanın Vyana şəhərinə ezam olunmuşlar. 100-dən çox ölkənin 16 minə yaxın alim və tədqiqatçılarının iştirak etdiyi elmi tədbir coğrafiyasına və miqyasına görə dünyanın ən nəhəng və nüfuzlu elmi platforması hesab edilir. Azərbaycanı tədbirdə təmsil edən alim və mütəxəssislər bir həftə ərzində davam edən assambleyanın “Böyük Qafqaz orogeninin geodinamik təkamülü” seksiyasında elmi-tədqiqat işlərinin nəticələrini müzakirə etmişlər. İnstitutun şöbə rəhbəri, AMEA-nın müxbir üzvü Tələt Kəngərli, həmçinin sözügedən seksiyaya həmsədrlik etmişdir.

Müəssisənin “Palçıq vulkanizmi şöbəsi”nin elmi işçisi və II kusr dissertantı Elnur Baloğlanov Rusiya Federasiyanın Moskva şəhərində yerləşən Moskva Dövlət Universitetində təşkil olunan “Lomonosov – 2018” adlı gənc alim, doktorant və tələbələrin XXV beynəlxalq elmi konfransında iştirak edib. 9-13 aprel 2018-ci il tarixlərində keçirilən nüfuzlu tədbirin “Geokimya” seksiyasında gənc mütəxəssisin məruzəsi dinlənilmişdir.

Tədbirlərdə məruzə edən əməkdaşların elmi nəticələri assambleya və konfransın materiallarında toplu şəklində nəşr edilmişdir.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.