Akademik Həsən Abdullayevin anadan olmasının 100 illiyi münasibətilə 35 yaşa qədər gənc alimlər arasında müsabiqə elan olundu
Apr 26 , 2018 | 08:46 / Elmi müsabiqələr
Oxunma ( 3270 )

AMEA Azad Həmkarlar İttifaqının dəstəyi, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) təşkilatçılığı ilə görkəmli alim, respublika Dövlət Mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Həsən Abdullayevin anadan olmasının 100 illik yubileyi münasibətilə müsabiqə elan olunur.

Müsabiqədə FRTEB-ə daxil olan institutların yaşı 35-ə qədər olan gənc alim və mütəxəssisləri iştirak edə bilərlər.

Namizəd haqqında təqdimat, onların elmi nəticələri, qrant layihələrdə iştirakı, yüksək impakt faktorlu jurnallarda məqalələri barədə institutların elmi şuralarının qərarı və məlumat forması may ayının 10-dək FRTEB-ə təqdim edilməlidir.

Ünvan: Bakı ş., İstiqlaliyyət küç., 30

Telefon: (+994 12) 492 60 83

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.