Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi seminar keçirilib
May 01 , 2018 | 12:40 / ELMİN TƏBLİĞİ
Oxunma ( 2405 )

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gənclərin elmi potensialının yüksəldilməsi məqsədi ilə elmi seminar keçirilib.Seminarda İnstitutun Mikroelementlər və Mikrogübrələr laboratoriyasının müdiri,a.e.ü.f.d Əminə Axundova və institutun doktorantı Aytac Əhmədova “Torpaq və bitkidə mikroelementlər və onların bitkiçilikdə rolu”adlı məruzə ilə çıxış ediblər. Məruzədə mikroelementlər haqqında qısa məlumat verildikdən sonra, torpaq və bitkidə mikroelementlərin yayılması, miqdarı və miqrasiyasına dair tədqiqatların aparıldığı qeyd edildi. Ətraf mühit komponentlərinin texnogen tullantılar ilə çirklənməsində ağır metalların xüsusi rolu var və bu nöqteyi-nəzərdən onların ekosistemə təsiri sahəsində aparılan tədqiqatlar elmin bütün sahələri üçün praktiki olaraq maraq doğurur, alınan nəticələr isə müəyyən dərəcədə bu ağır metalların biosferə təsirinin azalmasında istifadə olunur.

Seminarda institutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev,əməkdar elm xadimi Paşa Zamanov,a.e.ü.e.d Mustafa Mustafayev və digər alimlərin iştirakı ilə  müasir ekoloji problemlərdən biri olan ətraf mühitin, o cümlədən, torpaqların ağır metallarla çirklənməsi və texnogen çirklənmiş torpaqların istifadəsi və s. məsələlər haqqında maraqlı müzakirələr aparıldı.Elmi seminarda Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin 3-cü kurs tələbələri də iştirak ediblər.Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.

 Daha sonra tələbələr üçün açıq qapı təşkil edilib. Tələbələr İnstitutun kitabxanası, Torpaq muzeyi və bəzi laboratoriyalar  ilə tanış olublar

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.