AMEA gənc alim və mütəxəssislərin institutlararası V futbol çempionatında III turun oyunları davam edir
May 01 , 2018 | 05:43 / İdman yarışları
Oxunma ( 2850 )

AMEA gənc alim və mütəxəssislərin təşkilatlararası 5-ci futbol çempionatında III turun oyunları davam edir. 03-04 may tarixlərində keçiriləcək qalan 4 qarşılaşma ilə qrup oyunlarına yekun vurulacaq və 1/4 mərhələdə yarışacaq 8 komandanın adına tam aydınlıq gələcək.  Dünən və bu gün isə keçirilən qrup oyunlarında aşağıdakı nəticələr qeydə alınmışdır:

30.04.2018
Saat 12:00
B Qrupu
Zoologiya İnstitutu - İqtisadiyyat İnstitutu 4-9
Saat 13:00
D Qrupu
Yüksək Texnologiyalar Parkı- Ədəbiyyat İnstitutu 16 - 2
Saat 14:00
B Qrupu
AMEA Rəyasət Heyəti- Respublika Seysmoloji Xidmət Mərkəzi 5-2
Saat 15:00
D Qrupu
Memarlıq və İncəsənət İnstitutu- İdarəetmə Sistemləri İnstitutu 0-5
 
01.05.2018
Saat 12:00
A qrupu
Şamaxı Astrofizika Rəsədxanası - Geologiya və Geofizika İnstitutu 0-6
Saat 13:00
C qrupu
Radiasiya Problemləri İnstitutu -Fizika İnstitutu 2-9
Saat 14:00
A qrupu
Genetik Ehtiyatlar İnstitutu-Təcrübə Sənaye Zavodu 5-12
Saat 15:00
C qrupu
Neft-Kimya Prosesləri İnstitutu -Torpaqşünaslıq və Aqrokimya İnstitutu 5-0

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.