AMEA gənc alim və mütəxəssislərin institutlararası V futbol çempionatında qrup oyunlarına yekun vurulacaq
May 02 , 2018 | 06:00 / İdman yarışları
Oxunma ( 2976 )

AMEA gənc alim və mütəxəssislərin institutlararası 5-ci futbol çempionatında qrup mərhələsində son turun oyunlarına 04 may tarixində keçiriləcək 2 qarşılaşma ilə yekun vurulacaq. İki günlük qısa fasilədən sonra 1/4 mərhələsinə adını yazdırmış 8 komanda qarşılacacaq. Bu gün II tur çərçivəsində aşağıdakı nəticələr qeydə alınmışdır:

02 may 2018

Saat 13:00          

D Qrupu

İnformasiya Texnologiyaları İnstitutu - Yüksək Texnologiyalar Parkı - 5:8

Saat 14:00

D Qrupu

Ədəbiyyat İnstitutu -İdarəetmə Sistemləri İnstitutu - 3:4

 

Saat 15:00

 

A qrupu

 

Şamaxı Astrofizika Rəsədxanası - Genetik Ehtiyatlar İnstitutu - 0:5

 

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.