Gənc botaniklər beynəlxalq simpoziumda iştirak ediblər
May 10 , 2018 | 12:44 / Mühüm hadisələr
Oxunma ( 1983 )

AMEA Botanika İnstitutunun doktorantı Aytən Fətdayeva və magistrantı Lalə İsgəndərova Almatı şəhərində (Qazaxıstan) keçrilən “Between Europe and the Orient”  adlı  simpoziumda iştirak ediblər. Volksvagen Fondunun dəstəyi ilə təşkil olunan simpoziumun məqsədi Mərkəzi Asiya və Qafqazda təbii və ictimai elmlər üzrə maliyyələşdirilən layihələrdə iştirak edən gənc tədqiqatçıları və alimləri bir araya toplamaq, qarşılıqlı fikir mübadiləsinin aparılmasına şərait yaratmaq idi.   Tədbir çərçivəsində müvafiq seksiyalar üzrə 18 şifahi məruzələr dinlənilib.  Berlin Botanika Bağı və Botanika Muzeyinin (BGBM, Almaniya) direktoru prof. Dr. Thomas Borschun “Cənubi Qafqazda bitki müxtəlifliyinin mühafizəsi üsullarının hazırlanması” proqramı üzrə Scutellaria L., Pyrus L. və Campanula L. bitki cinslərinin öyrənilməsi, onların filogenetik mənşəyini müəyyən etmək üzrə aparılan müasir tədqiqat işlərinə dair məruzəsi xüsusi maraq kəsb edib.  Simpoziumda gənc tədqiqatçıların və digər alimlərin də iştirak etdiyi 50-dən çox poster-məruzəsi dinlənilib və sərgilənib. Botanika İnstitutunun alimlərinin həmmüəllif olduqları “Azərbaycan və qonşu ölkələrdə Scutellaria-nın (Lamiaceae) müxtəlifliyi və təkamülü” və  “Herbari infrastrukturunun inkişafı və mühafizəsi” mövzusunda poster-məruzəsi uğurla təqdim olunub.  Sonda iştirakçılara sertifikat verilib.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.