AMEA gənc alim və mütəxəssislərin institutlararası V Futbol Çempionatın finalçıları məlum oldu
May 11 , 2018 | 04:00 / İdman yarışları
Oxunma ( 3081 )

AMEA gənc alim və mütəxəssislərin institutlararası V Futbol Çempionatında 1/2 final qarşılaşmaları keçirilib. AMEA Rəyasət Heyəti ilə qarşılaşan AMEA Yüksək Texnologiyalar Parkının komandası yaşıl meydanı məğlub tərk edib. Hesab 4:2 olub. Son çempionatın qızıl medalçısı Fizika İnstitutunun komandası İqtisadiyyat İnstitutunun eyni adlı komandasından böyük fərqlə (8:3) üstün olmaqla, oyunda sürpriz nəticə qeydə alınmasına imkan verməyiblər.

Beləliklə, 14 may tarixində baş tutacaq final qarşılaşmasında AMEA Rəyasət Heyəti Fizika İnstitutu ilə V Çempionatın qalibini müəyyənləşdirəcəklər.

Şempionatın 3-cü yeri uğrunda isə AMEA İqtisadiyyat İnstitutu Yüksək Texnologiyalar Parkının komandası ilə mübarizə aparacaq. 

Final qarşılaşmadan dərhal sonra mükafatlandırma mərasimi keçiriləcək və qaliblərə I, II və III yerə uyğun diplom və pul mükafatları və kupok təqdim olunacaq.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.