Fotos
AMEA Fizika İnstitutu X sinif şagirdlər arasında olimpiada təşkil edib
May 21 , 2018 | 05:12 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 3277 )

Azərbaycan Milli Elmlər Akademiyası Fizika İnstitutu və bu elmi müəssisənin Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) təşkilatçılığı ilə fizika fənnindən olimpiada keçirilib. Olimpiada Fizika İnstitutunda  X siniflər arasında təşkil olunub. Bilik yarışında Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fizika-riyaziyyat təmayüllü litseyindən, Gənc İstedadlar litseyindən, Fizika, Riyaziyyat və İnformatika təmayüllü litseyindən, Səbail rayon 132-134 saylı təhsil kompleksindən, Akademik Zərifə Əliyeva adına məktəbdən, Yasamal rayonu 225 saylı tam orta məktəbdən və digər orta təhsil müəssislərindən 25 şagird iştirak edib.  

İlk olaraq məktəblilərlə görüş keçirilib. Görüşdə çıxış edən İnstitutun elmi işlər direktor müavini, akademik Cavad Abdinov şagirdlərə uğurlar arzulayıb. Bildirib ki, Fizika İnstitutu ənənəvi olaraq orta məktəblər arasında bilik yarışını təşkil edir. O, olimpiadanın məktəblilərdə elmə maraq yaratmaq, onların biliklərini yoxlamaq məqsədi ilə təşkil olunduğunu qeyd edib.

İnstitutun GAMŞ-nın sədri, fizika üzrə fəlsəfə doktoru Qafil Dəmirov sualların İnstitutun pedaqoji təcrübəsi olan alimləri  tərəfindən hazırlandığını vurğulayıb. Qeyd edib ki, Olimpiadanın qalibləri təşkilatçılar tərəfindən I,II, III dərəcəli diplom və mükafatlarla təltif olunacaqlar.  

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.