Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alimlər və Mütəxəssislər Şurasında yeni bölmələr yaradılacaq
May 25 , 2018 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 2530 )

Bu gün AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alimlər və Mütəxəssislər Şurasının iclası keçirilib. Tədbirdə İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Əlövsət Quliyev və Şura üzvləri olan gənclər iştirak edib. İclası giriş sözü ilə Şuranın sədri Fərid Mustafayev açıb. İnstitutun direktoru, professor Əlövsət Quliyev gənclərin elmi fəaliyyətlərinin gücləndirilməsi, elmin təbliğində gənclərinin fəal iştirakının vacibliyi kimi məsələləri xüsusilə vurğulayıb.

Daha sonra iclasın gündəliyində olan yarımillik hesabatların hazırlanması, şurada yeni bölmələrin yaradılması, idarə heyətinin seçilməsi kimi məsələlər müzakirə edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.