Fotos
AMEA-nın kimyaçı magistrlərinin diplom müdafiəsi keçirildi
May 29 , 2018 | 01:00 / Mühüm hadisələr
Oxunma ( 2864 )

29 may 2018-ci il tarixdə Azərbaycan Milli Elmlər Akademiyası Akademik Vaqif Fərzəliyevin sədrliyi ilə baş tutan tədbirdə akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun akt zalında Akademiyanın kimya institutlarında təhsil alan II kurs magistrantların diplom işlərinin müdafiəsi keçirildi.  Akademik Vaqif Fərzəliyevin sədrliyi ilə baş tutan tədbirdə akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun 4, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun 2 və akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun 1 magistri öz məruzələrini təqdim etdilər və Dissertasiya Şurasının üzvlərinin müxtəlif suallarını cavablandırdılar.

Sonda 7 magistrin müdafiə işi yekdilliklə təsdiq olundu. Müdafiə uğurla başa çatdı.

Diplom müdafiəsində magistrlərlə yanaşı AMEA Elm və Təhsil İdarəsi Magistratura şöbəsinin rəisi, a.ü.f.d. Fikrət Feyziyev, İnstitut Təhsil şöbələrinin rəisləri və magistrlərin elmi rəhbərləri iştirak ediblər.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.