Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və idman komitəsinə yeni sədr seçilib
May 31 , 2018 | 05:10 / Mühüm hadisələr
Oxunma ( 2520 )

Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu iclasında deputat Ülvi Quliyev Gənclər və İdman Komitəsinin sədri seçilib. Buna qədər Ülvi Quliyev 2015-ci ildə yaradılan Gənclər və İdman Komitəsinin sədr müavini olub.

Ülvi Quliyev 2005-ci ildə 21 saylı Nəsimi 1-ci seçki dairəsindən (Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü),  2010-cu ildə 17 saylı Yasamal 3-cü seçki dairəsindən (Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü) , 2015-ci ildə  15 saylı Yasamal 1-ci seçki dairəsindən (Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini) parlamentə seçilib.

 Deputatın  Gənclər və İdman Komitəsinə sədr təyin edilməyi təsadüfi deyil. Belə ki, Ülvi Quliyevin  parlamentlə yanaşı, böyük idman təcrübəsi də var. O, 1992-1997-ci illərdə Azərbaycan Karate-do Federasiyasının prezidenti kimi fəaliyyət göstərib. Həmçinin 1997-ci ildən bu günə qədər Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidentidir. Şərq Döyüş Növləri Federasiyaları Şurasının sədridir. Karate idman növü üzrə 7-ci  dan qara kəmər sahibidir.

Ülvi Quliyev eyni zamanda Əməkdar bədən tərbiyəsi və idman xadimidir. Əməkdar məşqçi, əməkdar idman ustasıdır. Karate idman növü üzrə Avropa və dünya çempionudur.

 Deputat Azərbaycan Dövlət Tibb İnstitutunun əczaçılıq fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.