Fotos
AMEA Neft və Qaz İnstitutu gəncləri 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü "Park Bulvar"da qeyd ediblər
İyn 01 , 2018 | 06:00 /
Oxunma ( 2408 )

AMEA-nın Neft və Qaz İnstitutunun Gənc Alim və Mütəxəssislər şurasının təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir keçirilib.

"Park Bulvar"da baş tutan tədbirdə şuranın üzvləri, məktəblilər, körpə uşaqlar və onların valideynləri iştirak ediblər.

Tədbir çərçivəsində uşaqlarla maraqlı söhbətlər aparılıb, onlara hədiyyələr təqdim edilib və əyləncəli oyunlar oynanılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.