Fotos
AMEA Radiasiya Problemləri İnstitutunda məktəblilər üçün seminar keçirilib
İyn 04 , 2018 | 04:00 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2891 )

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin 8-ci sinif şagirləri və bir qrup müəllim heyətinin iştirakı ilə seminar keçirilmişdır. Seminarda giriş sözü ilə çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov şagirdlərə radiasiya və nüvə təhlükəsizliyi, radioekologiya, nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi problemlərindən danışmış, həmçinin İnstitutun yaranma tarixi, fəaliyyəti və elmi tədqiqat istiqamətləri haqqında qısa məlumat vermişdir. Sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rəvan Mehdiyeva şagirdlərə eləcə də əldə olunmuş nailiyyətlər və xarici əlaqələr haqqında məlumatları seminar iştirakçılarının diqqətinə çatdırmışdır. Daha sonra İnstitutun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Müslüm Məmmədov çıxış edərək şagidlərə xüsusi multimedia vasitələri ilə radiasiya haqqında, onun təhlükəli məqamları, mənfi təsirləri və yaradacağı fəsadlar barədə ümumi məlumat vermişdir. Qeyd edək ki, çıxışlar məktəblilər tərəfindən maraqla qarşılanmış, çoxsaylı suallar cavablandırılmışdır. Seminarın sonunda müəllim və şagirdlər İnstitutun laboratoriyaları ilə tanış olmuş, onlara mövcud cihaz, qurğular və aparılan elmi tədqiqat işləri haqqında məlumatlar verilmişdir.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.