Şamaxıda “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir keçiriləcək
İyn 26 , 2018 | 06:00 / Mühüm hadisələr
Oxunma ( 4697 )

AMEA Kimya Elmlər Bölməsi və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşəbbüsü ilə Şamaxı Astrofizika Rəsədxanasında kimya sahəsində tədqiqat aparan gənclər üçün “Gənc kimyaçıların yay məktəbi – 2018” adlı tədbir keçiriləcək. 

5 gün müddətində gənc kimyagərlər müxtəlif elmi-intellektual və əyləncəli tədbirlərdə iştirak etməklə, kimya elminin yeni prioritetlərinə dair biliklərini təkmilləşdirəcək,  həmçinin yay mövsumunda vaxtlarını səmərəli keçirəcəklər. Belə ki, ilk günlərdə qeyd olunan prioritet istiqamətlərlə bağlı AMEA-nın Kimya Bölməsinə daxil olan elmi müəssisələrində apaılan tədqiqatlar, onların nəticələri yay məktəbinin subyektlərilə müzakirə olunacaqdır. Yay məktəbinin gedişində üç elmi planel mövzusu daxilində müzkairələrin təşkili üçün konfransın keçirilməsi də nəzərdə tutulub.  Yay məktəbində iştirak edən gənclər eləcə də teleskopla ulduzları müşahidə edəcək, ulduzlar sistemi haqqında sənədli filmlərə baxacaq və Şamaxı rayonunda yerləşən Dəmirçi palçıq vulkanına ekskursiyaya cəlb olunacaqlar.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.