“Alimlər şəhərciyi”ndə ev almaq elektronlaşdı
İyl 12 , 2018 | 03:00 / Mühüm hadisələr
Oxunma ( 3950 )

Abşeron rayon Saray qəsəbəsində yerləşən “Alimlər şəhərciyi”ndə elm və təhsil işçiləri üçün kooperativ binanın tikinti işləri uğurla davam etdirilir.

"Science City" yaşayış kompleksi mənzərəli, ekoloji təmiz məkanda ev sahibi olmaq istəyənlərə müraciət üçün yeni imkan yaradıb. Belə ki, “Alimlər şəhərciyi”nə www.sciencecity.az – saytı vasitəsi ilə elektron müraciət etmək olar.

Qeyd edək ki, “Smart City – Ağıllı Şəhər” tikinti-inşaat prinsiplərinə riayət olunacaq 1, 2 və 3 otaqlı mənzillərdən ibarət binalarda memarlıq inşaat sektorunda mövcud olan ən son texnoloji yeniliklər tətbiq ediləcək. Yaşayış kompleksinin məsafədən idarə olunan mərkəzləşdirilmiş kommunal xidmətlər infrastrukturu, tullantıların ekoloji təmiz idarə edilməsi, işıqlandırılmada alternativ enerji mənbələrindən istifadə və şəhərciyin müasir təhlükəsizlik sistemləri ilə  təchiz olunması nəzərdə tutulur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.