AMEA Botanika İnstitutu İtaliyanın Davamlı Bitki Mühafizə İnstitutu ilə əmkdaşlıq edəcək
İyl 20 , 2018 | 09:51 / Mühüm hadisələr
Oxunma ( 2452 )

AMEA Botanika İnstitutu ilə İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya bölməsinin Davamlı Bitki Mühafizə İnstitutu (DBMİ) arasında qarşılıqlı əməkdaşlığa dair müqavilə imzalanıb.

Sənədi Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və DBMİ-nin direktoru, prof. Cian Paola Akkotto imzalayıblar.

Müqaviləyə əsasən, tərəflər arasında ekofiziologiya, bitki mühafizəsi üzrə birgə tədqiqatlar, kadr və təcrübə mübadiləsi, müştərək layihələrin və ekspedisiyaların təşkili, toxum və herbari materiallarının mübadiləsi nəzərdə tutulur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.