Azərbaycanda 20 mindən çox alim var
İyl 26 , 2018 | 07:31 /
Oxunma ( 2399 )
2018-ci ilin əvvəlinə ölkədə tədqiqat və işləmələri yerinə yetirən təşkilatların və həmin təşkilatlarda tədqiqat və işləmələrlə məşğul olan heyətin sayına dair statistik məlumatlar açıqlanıb.
Bunu Dövlət Statsitika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-ın sorğusuna cavab olaraq deyib. Komitə rəsmisi bildirib ki, Azərbaycanda tədqiqat və işləmləri yerinə yetirən 137 təşkilat var:
“Həmin təşkilatlarda tədqiqat və işləmlərlə məşğul olan heyətin sayı 20580 nəfərdir. Onlardan 1414 nəfəri elmlər doktoru, 6243 nəfəri isə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir”.
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasında 72 həqiqi, 111 müxbir, 3 fəxri, 1 xarici üzv, 12 professor var.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.