AMEA Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının məqaləsi "Elsevier"in önəmli dərgisi olan "POLYHEDRON"da dərc edilib
Avg 21 , 2018 | 03:03 / Elmi nəşrlər
Oxunma ( 2856 )

Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun alimlərinin türk həmkarları ilə müştərək beynəlxalq tədqiqatlarının nəticələri "Elsevier"in önəmli bir dərgisi olan "POLYHEDRON"da (Huseynova, M., Taslimi, P., Medjidov, A., Farzaliyev, V., Aliyeva, M., Gondolova, G., Şahin, O., Yalçın, B., Sujayev, A., Orman, E.B., Özkaya, A.R., Gülçin, İ., Synthesis, characterization, crystal structure, electrochemical studies and biological evaluation of metal complexes with thiosemicarbazone of glyoxylic acid, (2018), https://doi.org/10.1016/j.poly.2018.08.026) dərc edilmiştir.

Məqalə tiosemicarbazonun qlioksil turşusu ilə metal komplekslərinin sintezi, kristal strukturunun müfəssəl təhlili, elektrokimyəvi tədqiqatlar və bioloji fəallığının öyrənilməsinə həsr olunmuşdur.

Məlumat üçün qeyd edək ki, Polyhedron jurnalında qeyri-üzvi kimyanın bütün əsas sahələrdə ən yüksək keyfiyyəti ilə seçilən orijinal, fundamental, eksperimental və nəzəri işlərini dərc edilir. Bunlara sintetik kimya, koordinasiya kimya, organometalik kimya, bio-qeyri üzvi kimya və sair daxildir. 1982-ci ildən dərc olunan bu nüfuzlu jurnal impakt faktoru 2.02 olmaqla "Tomson Reuters" beynəlxalq bazada referatlaşdırılmışdır.

Onu da qeyd edək ki, müştərək beynəlxalq tədqiqatlarla bağlı Aşqarlar Kimyası İnstitutunun cari ildə 5 məqaləsi nüfuzlu jurnallarda dərc olunmuş, 2 məqaləsi isə hazırda çapdadır.

https://www.sciencedirect.com/science/article/pii/S0277538718304923

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.