Gələn il Yaponiyada nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfrans keçiriləcək
Avg 28 , 2018 | 08:25 / Mühüm hadisələr
Oxunma ( 2445 )

Yaponiyanın paytaxtı Tokioda gələn il nanotexnologiyalar üzrə beynəlxalq sərgi-konfrans keçiriləcək. AzEdu.az expoclub.ru saytına istinadən xəbər verir ki, yanvarın 30-dan fevralın 1-dək davam edəcək tədbir “Nano Bio Expo”, “Neo functional material”, “ASTEC” kimi tematik sərgilərlə birgə təşkil olunacaq.

Qeyd edək ki, bu il tədbirdə 44437 mütəxəssis iştirak edib. Sərgiyə Yaponiyanın 359 və 23 ölkənin 197 şirkəti qatılıb.

“Nano Tech 2019”da nanotexnologiyalar, informasiya texnologiyaları, ixtira və innovasiyalar, tibbi avadanlıq, kosmik texnologiyalar və s. təqdim olunacaq. Həmçinin müvafiq sahələr üzrə aparılmış elmi araşdırmaların nəticələri müzakirə ediləcək.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.