Sen 05 , 2018 | 09:36 /
İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya Nazirliyinin İran Elm və Texnologiya Təşkilatı 32-ci Beynəlxalq Xarəzm Mükafatını elan edib.
Hər il təşkil olunan müsabiqənin əsas məqsədi elm və texnologiyanın müxtəlif sahələri üzrə mühüm nəticələr əldə etmiş tədqiqatçı və ixtiraçıların səylərinin qiymətləndirilməsidir.
Beynəlxalq Xarəzm Mükafatı informasiya texnologiyaları, elektronika və kompüter elmləri, yaşıl texnologiyalar, sənaye və texnologiya idarəçiliyi, tibb elmləri və nanotexnologiyalar, biotexnologiyalar, kimya texnologiyaları və s. elm sahələrini əhatə edir.
Müsabiqə artıq 31 ildir ki, “COMSATS”, “ECO”, “ELSEVIER”, “ICARDA”, “IORARCSTT”, “TWAS”, “UNIDO”, “UNESCO”, “WAITRO”, “WIPO” kimi beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.
Mükafat üçün namizədlər çalışdıqları elmi müəssisə tərəfindən təqdim edilə bilərlər. Müraciətlər ingilis dilində təqdim olunmalıdır.
Materialların qəbulu noyabrın 20-dək aparılır. Beynəlxalq Xarəzm Mükafatı laureatları dekabrda elan olunacaq. Mükafatlandırma mərasimi 2019-cu ilin fevralında keçiriləcək.
Əlavə məlumatı www.irost.org saytında əldə etmək mümkündür.