Gənc bioloq alim Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən təltif olunub
Sen 11 , 2018 | 07:04 / Mühüm hadisələr
Oxunma ( 2764 )

AMEA-nın Mikrobiologiya İnstitutunun laboratoriya müdiri, b.e.d., dosent Könül Baxşəliyeva Rusiya Təbiət Elmləri Akademiyası tərəfindən “Əməkdar elm və təhsil xadimi” fəxri adına layiq görülüb.

Alim mikrobiologiya elminin inkişafına verdiyi töhfələrə görə bu mükafatla təltif olunub.

Qeyd edək ki, K.Baxşəliyeva ABŞ, Rusiya, Portuqaliya, Avstriya, Cənubi Afrika, Hindistan, Ukrayna, Qazaxıstan və digər ölkələrdə dərc olunmuş 100-ə yaxın elmi əsərin müəllifidir. O, AMEA, Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun və digər qurumların qrant müsabiqələrində qalib olub.

K.Baxşəliyeva Azərbaycanda biologiya üzrə ən gənc elmlər doktorudur.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.