Sen 27 , 2018 | 01:21 / Mühüm hadisələr
Məlum olduğu kimi, 25-27 sentyabr 2018-ci il tarixlərində Bakıda Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə "ADEX-2018” üçüncü Beynəlxalq Müdafiə sərgisi keçirilib.
Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından biri olan genişmiqyaslı sərgidə ilk dəfə olaraq AMEA-nın Yüksək Texnologiyalar Parkı(YT Park) da iştirak edib. Sərgidə YT Parkın hərbi yönümlü məhsulları - pilotsuz uçan aparatlar (PUA), dronlar, minapartladan sistemlər, zirehli gödəkçələr, o cümlədən mülki yönümlü məhsulları nümayiş olunub.
YT Parkın nümayiş olunan məmulatlarına Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti ilə yanaşı, Pakistan, Sudan, Rusiya və digər ölkələrin nümayəndələri də xüsusi maraq göstəriblər.





17931039571793964160.jpg)
17933474081793963983.jpg)











