Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” adlı VII beynəlxalq elmi konfrans keçiriləcək
Okt 10 , 2018 | 12:34 / Mühüm hadisələr
Oxunma ( 2306 )

AMEA Geologiya və Geofizika İnstitutu hər iki ildən bir gənc mütəxəssis, doktorant və tələbələr üçün geologiya və geofizikanın müxtəlif müasir problemlərinə həsr olunan beynəlxalq elmi konfrans təşkil edir.

Oktyabrın 15-18-də keçiriləcək “Geologiya və geofizikanın müasir problemlərinin həllində informasiya texnologiyaları” adlı növbəti – VII beynəlxalq elmi konfrans Geologiya və Geofizika İnstitutunun 80 illiyinə həsr olunacaq.

Konfransda iştirakla bağlı dünyanın 18 ölkəsindən (Rusiya, Türkiyə, Ukrayna, Macarıstan, Almaniya, Bolqarıstan, Misir və s.) 140-dən çox gənc tədqiqatçı Təşkilat Komitəsinə müraciət edib. 

Beynəlxalq tədbirə BP, TOTAL və SOCAR maliyyə dəstəyi verir. 

Konfransın açılış mərasimi oktyabrın 15-də saat 10:30-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında baş tutacaq.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.