Gənclər Fondu 11-ci qrant müsabiqəsinin qaliblərinin adlarını elan etdi
Okt 17 , 2018 | 04:08 / Mühüm hadisələr
Oxunma ( 2357 )

Azərbaycan Respublikasının Gənclər Fondu 28 avqust – 23 sentyabr 2018-ci il tarixlərində 11-ci qrant müsabiqəsini keçirmişdir. Müsabiqə çərçivəsində Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1134 layihə təklifi daxil olmuşdur. Fondun Müşahidə Şurasının qərarına əsasən “A” kateqoriyası üzrə 91, “B” kateqoriyası üzrə 8 və “C” kateqoriyası üzrə 271layihənin dəstəklənməsi məqsədəuyğun sayılmışdır.

11-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə aşağıdakı keçiddən tanış ola bilərsiniz.

KATEQORİYA A  KATEQORİYA B  KATEQORİYA C

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirlməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.