Fotos
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri II Spartakada yarışlarının diplom və Fəxri Fərmanına layiq görülüb
Okt 26 , 2018 | 10:02 / İdman yarışları
Oxunma ( 2935 )

AMEA-nın Azad Həmkarlar İttifaqının (AHİ) Rəyasət Heyətinin təşkilatçılığı ilə keçirilən II Spartakiada AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov dama üzrə yarışlarda  II yerə layiq görülüb. 

Eyni zamanda Şura sədri spartakiada yarışlarının təşkilində fəal rol oynadığı üçün AHİ Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.