Fotos
AMEA Botanika İnstitutunun Gənc alim və mütəxəssislər şurasının tərkibi yenilənib
Okt 26 , 2018 | 02:55 / Mühüm hadisələr
Oxunma ( 2462 )

AMEA Botanika İnstitutunda Gənc alim və mütəxəssislər şurasının növbəti iclası keçirilib. İclası İnstitutun Gənc alim və mütəxəssislər şurasının sədri Aidə İbrahimova açaraq gündəlikdə duran məsələləri gənclərin diqqətinə çatdırıb. Gənc alim və mütəxəssislərin 2018-ci il üzrə illik fəaliyyət hesabatları, GAMŞ-nın fəaliyyət planına uyğun olaraq növbəti elmi seminarların təşkili və s. məsələlər müzakirə edilib. İclasda GAMŞ idarə heyətinin tərkibi İnstitutda təhsil alan magistrantlar da əlavə olunmaqla yenidən müəyyənləşdirilib. Səsvermə yolu ilə doktorant Nigar Mürsəl qızı idarə heyətinə sədr müavini, magistr namizədlərindən isə Əsmayə Zeynalova üzv seçilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.