Fotos
VI Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində milli seminar keçirilib
Okt 26 , 2018 | 04:00 / Mühüm hadisələr
Oxunma ( 2007 )

Bakıda keçirilən VI Bakı Beynəlxalq Humanitar Forum çərçivəsində 25-26 oktyabr 2018-ci il tarixlərində M.F.Axundov adına Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz "Ekstremizm və islamofobiyaya qarşı mübarizə mexanizmi kimi vasitəçilik və dialoq mədəniyyəti" üzrə milli seminar keçirilmişdir. 
Seminarı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev açmışdır. İştirakçıları salamlayaraq, A.Usubəliyev qeyd etdi ki, bu gün dünyada baş verən müxtəlif islamofobiya tendensiyalarına rəğmən Azərbaycan multikulturalizm və dözümlülük siyasətinin aparıcı qüvvəsidir və bu gün İSESKO və Azərbayan hökumətinin birgə təşkil etdiyi tədbir bunu bir daha sübüt edir.
Seminarı yekunlaşdıraraq Metodiki Mərkəzin direktoru Asif Usubəliyev qeyd etdi ki, multikultural dəyərlərin və mədəniyyətlərarası dialoqun beynəlxalq münasibətlər sistemində təbliğində Azərbaycanın rolu əvəzolunmazdır. Son illər ərzində mövcud istiqamətdə respublikanın qlobal təşəbbüslərini, ölkəmizin beynəlxalq nüfuzunun artmasını xüsusi olaraq vurğulamışdır. Bildirmişdir ki, müasir dünyadakı dözümsüzlük və münaqişələr zamanı Azərbaycan mədəniyyətlərarası dialoq vasitəsi ilə islam, multikulturalizm və tolerantlıq dəyərlərini düzgün təbliğ edən ölkələrdən biridir.
Mərkəzin elmi katibi Cavid Əliyev İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin tədbir iştirakçılarına ünvanlanmış müraciətini səsləndirmişdir. 
Gəncə Dövlət Universitetinin prorektoru, millət vəkili, tarix elmləri doktoru Pərvin Kərimzadə bildirmişdir ki, bütün ölkələrin qanunlarında və dini kitablarda (Quran, İncil, Tövrat) bütün insanlar bərabər olduğu deyilir. Bəzi ölkələr buna əməl etməsədə Azərbaycan dünyada multikulturalizm və tolerantlıq mərkəzlərindən biridir. 
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun Aparat rəhbəri, hüquq elmləri doktoru İsaxan Vəliyev bildirib ki, Azərbaycan mövcud olan etnik və dini müxtəlifliklərə baxmayaraq multikultural və tolerantlıq siyasətini uğurla davam edir. Hətta, Azərbaycan dini ekstremizmə qarşı qanununu çıxardan ölkələrdəndir. 
AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri fizika üzrə elmlər doktoru, dosent Famin Salmanov “Ziyalılıq vasitəçilik təsisatı kimi” mövzusunda məruzə etmişdir. O qeyd etmişdir ki, Azərbaycanda islama və digər dinlərlə qarşı formlaşdırlan təfəkkürdə sülh, əminamanlıq və tolerantlıq kimi ümumbəşər xüsusiyyətli dəyərlər həmişə xüsusi əhəmiyyət daşıyır.

AMEA rəsmisi təmsil etdiyi qurumun mövqeyindən çıxış edərək vurğulayıb ki, belə həssas və qlobal mahiyyət kəsb edən məsələnin həlli üçün ən optimal çıxış yolu təbliğat və təşfiqatdır: "Burada ikinci vacib məsələ maarifləndirməni həyata keçirən şəxslər və qruplardır ki, güman edirəm, nüfuz baxımından xeyli populyar və cəmiyyət tərfindən birmənalı qarşılanan zümrələrin bu prosesə cəlb edilməsi məqsədmüvafiq hesab oluna bilər. Hər kəs razılaşar ki, müasir cəmiyyətdə təsvir edilən xüsusiyyətləri özündə ehtiva edən qruplara ziyallıları və o cümlədən alimləri aid etmək olar. Bəli, bu gün bütüm toplumlar üçün sözünə və fikrinə etimad göstərilən insanlar sırasında qeyd etdiyim kateqoriyanı təmsil edənlər üstünlük təşkil edir. Zənnimcə, elmə, düşüncələrin batil şübhəsinə qarşı dirəncli arqumentlərə əsaslanan gerçək islam əxlaqının və fəlsəfəsinin, həmçinin ümübəşər üçün faydalı baxışların cəmiyyət arasında yayılmasını təmin etmək, xoşniyyətli cəmiyyətin formalaşmasına vəsilə olmaq özü də bir ziyallılıq borcudur".

F.Salmanov diqqətə çatdırıb ki, rəhbərlik etdiyi gənclər təşkilatının fəaliyyət istiqamtlərindən biri də aşağı yaş qrupları da daxil olmaqla, məktəblərdə, ali təhsil müəssisələrində ölkə prezidentinin çağrışlarına və tezislərinə uyğun olaraq təbliğat və təşfiqat işlərinin regionlarda və paytaxtda həyata keçirməkdir: "Konkret bu günki seminarın mövzusu ilə əlaqədar həyata keçirdiyimiz layihələrə örnək kimi Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə hər il“Bilik günü”ndə respublikanın müxtəlif rayonlarında yerləşən ümümtəhsil orta məktəblərin şagirdləri üçün multikuluralizm, dini toleralizm və s. bu kimi mövzulara həsr edilən marifləndirici seminarları misal göstərmək olar. Həmçinin “İslam Həmrəyliyi İli” ilə bağlı bölgələrdə həyata keçirilən tədbirlər çərçivəsində bir neçə rayonda fəaliyyət göstərən məscidlərəmarifləndirici kitablar hədiyyə olunmuşdur və bu proses dövri olaraq Bilik Fondu ilə müştərək davam etdirilir".

O, Azərbaycanda AMEA ilə paralel belə təbliğatla məşğul olan hökümət və qeyri-hökümət təşkilatlarının sayı kifayət kədər çoxdur və məhz dövlətin ənənəvi siyası baxışlarına adekvat bu cür marifləndirici layihələrin periodikhəyata keçirilməsinin nəticəsidir ki, ölkəmizdə dini toleralizm mühiti davamlı xüsusiyyət nümayiş etdirir: "Ümumiyyətlə, mən hesab edirəm ki, belə təbliğat mexanizmlərini və coğrafiyasını genişləndirmək vacib məsələdir. Bunun üçün təcrübə mübadiləsinin aparılması, bilikli insanların belə proseslərə cəlb edilməsi öz müsbət nəticəsini göstərəcəkdir". 

Milli seminarda geniş fikir mübadiləsi aparılmışdır.
 Sonda seminar iştirakçıları İSESKO tərəfindən sertifikatlarla təltif olunmuşdur.
Tədbirdə Bakı şəhər L. və M.Rostropoviçlər adına 21 nömrəli Onbirillik Musiqi Məktəbininin şagirdlərindən ibarət instrumental trio tərəfindən kiçik musiqi proqramı da təşkil olunmuşdur.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.