Dövlət İmtahan Mərkəzi yeni modelə uyğun ilk sınaq imtahanı keçirir
Okt 28 , 2018 | 11:18 / Mühüm hadisələr
Oxunma ( 2124 )

Dövlət İmtahan Mərkəzi bu gün yeni təhsil proqramları (kurikulumlar) üzrə Respublikanın 10 şəhər və rayonunda sınaq imtahanları keçirir. Mərkəzin məlumatına görə imtahanlar Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 18 binada təşkil olunur.

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 6600 abituriyent qeydiyyatdan keçib.

Sınaq imtahanı 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayacaq.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.