Fotos
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun gənc alimi Türkiyədə beynəlxalq sammitdə iştirak edib
Noy 01 , 2018 | 09:17 / Mühüm hadisələr
Oxunma ( 2714 )

26-28 oktyabr 2018-ci il tarixində Türkiyə Cümhuriyyətinin Kocaeli vilayətində Kocaeli Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə “Kartepe Zirvəsi. Köç, mültəcilik və insanlıq” mövzusunda beynəlxalq sammit keçirilib. Bu tədbirdə AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru  Aynurə Niyaz qızı Paşayeva iştirak edib. O, bu möhtəbər tədbirdə “Azərbaycan mətbuatında qaçqınlıq, mültəcilik, soyqırımlar və Qarabağ müharibəsi” və “Qarabağ müharibəsinin dünəni və bu günü” mövzusunda məruzə etmiş və sertifikatlarla təltif olunmuşdur.

 

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.