Əhliman Əmiraslanov: “Akademiyada çalışanların əmək haqqı aşağıdır”
Noy 06 , 2018 | 04:42 / Mühüm hadisələr
Oxunma ( 2514 )

“Gələn ilin dövlət büdcəsində elmə ayrılan vəsaitin həcmi 0.2 faiz təşkil edir və təəssüf ki, biz bu rəqəmdən yuxarı qalxa bilmirik”.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə keçirilən 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi zamanı Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

 

Deputat vurğulayıb ki, elmi tədiqatların aparılması üçün vəsait lazımdır.

 

“Bundan başqa Azərbaycan Milli Elmlər Akademiyasında çalışanların əmək haqqı aşağıdır və onun artırılması lazımdır. Biz 5-6 ildir müzakirə edirik ki, ölkəmizdə kök hüceyrə mərkəzi yaradaq.

 

Bu mərkəzin yaradılmasını 100 minlərlə xəstə gözləyir. Müqayisə üçün deyim ki, İstanbul şəhərində belə mərkəzlərin sayı onlarladır. Amma Azərbaycanda hələ də belə mərkəzin yaradılması mümkün olmayıb”.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.