"Neft və Geoekologiya" Gənc alim və mütəxəssislərin I Beynəlxalq məktəb-seminarına tezis qəbulu davam edir
Noy 20 , 2018 | 11:38 / Mühüm hadisələr
Oxunma ( 2420 )

Məlum olduğu kimi AMEA Neft və Qaz İnstitutu tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş "Neft və Geoekologiya" Gənc alim və mütəxəssislərin I Beynəlxalq məktəb-seminarı keçiriləcək.

Təşkilat komitəsindən bildirilir ki, tədbirə tezis qəbulunun vaxtı 25 noyabr 2018-ci il tarixinə qədər uzadılıb.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.