Dahi alimin yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək
Noy 30 , 2018 | 12:26 / Mühüm hadisələr
Oxunma ( 2412 )

Dekabrın 13-14-də AMEA-da görkəmli neftçi-alim, akademik Azad Mirzəcanzadənin 90 illik yubileyinə həsr olunan “Neftqazçıxarmada innovativ texnologiyaların və tətbiqi riyaziyyatın müasir problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

AMEA, Təhsil Nazirliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) birgə təşkilatçılığı ilə baş tutacaq tədbirdə Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Çin, ABŞ, İsveç, İran və digər ölkələrin  tanınmış alimləri iştirak edəcəklər.

Qeyd edək ki, görkəmli alimin 90 illik yubileyi münasibətilə ADNSU-da akademik Azad Mirzəcanzadənin muzey otağının açılışı da nəzərdə tutulub.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.