AMEA-nın prezidenti Sankt-Peterburqda tələbələrə mühazirə oxuyub
Noy 30 , 2018 | 12:28 / Mühim hadisələr
Oxunma ( 608 )

AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rusiyanın Sankt-Peterburq şəhərində elmi ezamiyyətdə olub. O, Rusiya Elmlər Akademiyasının (REA) Şərq Əlyazmaları İnstitutunun 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” adlı beynəlxalq forumda iştirak edib.

Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində təşkil olunan tədbirdə AMEA rəhbəri “Müasir Azərbaycan elmi” mövzusunda mühazirə oxuyub.

Universitetin tələbələri və professor-müəllim heyəti qarşısında mühazirə ilə çıxış edən A.Əlizadə Azərbaycan dövlətinin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.

Forumun işində 20 Asiya və Avropa ölkəsindən 300-dən çox alim, milli elmlər akademiyalarının, Rusiya və xarici ölkələrin aparıcı elm mərkəzlərinin təmsilçiləri iştirak ediblər. 

Tədbirdə bildirilib ki, REA-nın Şərq Əlyazmaları İnstitutu 1818-ci ildə İmperator Elmlər Akademiyasının Asiya Muzeyi adı altında fəaliyyətə başlayıb və Rusiya və Avrasiya məkanında bütün əsas şərqşünaslıq mərkəzlərinin əsasını qoyub.

Akademik A.Əlizadə səfər çərçivəsində, həmçinin Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetinin rektoru, professor Aleksandr Zapesotski ilə görüşüb, əməkdaşlıq pespektivlərinə dair müzakirələr aparıb.

Görüşdə ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov və AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev də iştirak ediblər.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.