Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu Gənc Alim və Mütəxəssislər Şurasının 2018-ci il üzrə hesabatı dinlənilib
Dek 05 , 2018 | 02:00 / Mühüm hadisələr
Oxunma ( 2846 )

4 dekabr 2018-ci il tarixində AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İclasda İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının 2018-ci il üzrə illik hesabatı dinlənilib. Hesabat məruzəsi ilə İnstitunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev çıxış edib. Şura sədri bildirib ki, hesabat ilində gənc alimlər AMEA tərəfindən təşkil olunmuş bir sıra elmi seminar və tədbirlərdə iştirak ediblər. Həmçinin Gənc Alimlər və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə gənclərin potensialının artırılması, gələcəkdə savadlı kadrların hazırlanması məqsədi ilə İnstitutda elmi-praktiki seminarlar təşkil olunub.

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda gənclərin elmi potensialının yüksəldilməsi məqsədi ilə bir neçə dəfə  “Açıq qapı” günü keçirilib.
Sonda suallar cavablandırılıb və hesabat məruzəsi qəbul edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.