Bu ilin Nobel mükafatları sahiblərinə təqdim olunub
Dek 10 , 2018 | 07:00 /
Oxunma ( 338 )

Dekabrın 10-da Alfred Nobelin anım günündə İsveçin paytaxtı Stokholmda Nobel mükafatı laureatlarının təltif olunma mərasimi keçirilib.

Tədbirdə fizika, kimya, fiziologiya və tibb, iqtisadiyyat sahələri üzrə Nobel mükafatları sahiblərinə təqdim edilib.

2018-ci ildə ümumilikdə 12 nəfər Nobel mükafatı laureatı olub. 

Üzərində Nobelin təsvir edildiyi qızıl medal, diplom və məbləği 9 milyon İsveç kronu (təqribən 1,06 milyon dollar) təşkil edən pul mükafatı Kral ХVI Karl Qustav tərəfindən laureatlara təqdim olunub.

Xatırladaq ki, 2018-ci ildə fiziologiya və tibb sahəsində Nobel mükafatına amerikalı Ceyms Ellison və yaponiyalı Tasuku Hondze layiq görülüblər. Onlar immunitet sisteminin mənfi fəaliyyətini dayandıraraq xərçəng xəstəliyinin müalicəsinin kəşfinə görə bu mükafatla təltif ediliblər. İqtisadiyyat üzrə Nobel mükafatı innovasiya, iqlim və iqtisadiyyat sahəsində tədqiqatlarına görə Vilyam Nordhaus və Paul Romerə verilib.

Fizika üzrə Nobel mükafatı lazer fizikası sahəsində yenilikçi ixtiralara görə üç alimə - amerikalı Artur Eşkin, fransalı Jerard Moro və kanadalı Donna Striklanda verilib. Kimya sahəsində Nobel mükafatını amerikalı alim Frensis Arnold fermentlərin təkamülünə, Corc Smit və Qreqori Uinter isə faqotiv displey yaratdıqlarına görə alıblar.

2018-ci ilin Nobel Sülh mükafatı isə Norveçin paytaxtı Osloda sahiblərinə təqdim olunub.

Mükafat hüquq müdafiəçisi Nadya Murada və konqolu cərrah Denis Mukvegeyə döyüşlər və silahlı münaqişələr zamanı cinsi zorakılığa qarşı mübarizədə göstərdikləri səylərinə görə verilib.

Ədəbiyyat üzrə Nobel mükafatının 2019-cu ildə veriləcəyi bildirilir.

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.