Gənclər Fondu 237 tələbənin təhsil xərclərini qismən maliyyələşdirəcək
Dek 13 , 2018 | 11:27 / Mühüm hadisələr
Oxunma ( 2407 )

Azərbaycan Respublikasının Gənclər Fondu Sosial Müdafiəyə Xüsusi Ehtiyacı olub seçilmiş Ali təhsil müəssisələrində Təhsil alan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi üzrə müsabiqədə iştirakla bağlı 2-18 noyabr 2018-ci il tarixlərində sənəd qəbulu həyata keçirib.

AzEdu.az xəbər verir ki, ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə reallaşdırılıb. Müsabiqəyə müraciət etmək istəyən tələbələr Fondun rəsmi saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub, sayt üzərindən Fonda öz ərizələrini göndərib. Müsabiqəyə  ümumilikdə 724 tələbə müraciət edib. Onlardan 678 ərizə ilkin texniki ekspertizandan keçib və müraciətlərin nəticəsi olaraq, 237 şəxsin müsabiqədə iştirakının maliyyələşdirilməsinə qərar verilmiş və aşağıdakı siyahıda həmin şəxslərin adları qeyd edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.