Fotos
AMEA Aşqarlar Kimyası İnstitutu Azərbaycan Britaniya Kollecində keçirilən Bilik sərgisində məktəblilərə dəstək verib
Dek 19 , 2018 | 08:00 / Mühüm hadisələr
Oxunma ( 2519 )

18 Dekabr 2018-ci il tarixində Azərbaycan Britaniya Kollecində Dördüncü Bilik Sərgisi (The 4th Science Fair) təşkil olunmuşdur. SOCAR Ekologiya Departamenti, STEM təhsil mərkəzi, AREA –Azərbaycan Robotexnika Mühəndisliyi akademiyası ilə yanaşı AMEA Aşqarlar Kimyası İnstitutu da öz stendi ilə şagirdlərə dəstək olmuşdurlar. İnstitutun I kurs magistrantları – Lalə Əliyeva, Nərgiz Məcdi və mühəndisi Mir Əli İsakov şagirdlər üçün əyləncəli təcrübələr nümayiş etdirmişlər.

 Həmçinin “Təkrar Emal” mövzusunda bir-birindən maraqlı layihələrlə çıxış edən yuxarı sinif şagirdləri digər beynəlxalq məktəblərin də iştirak etdiyi Bilik Sərgisində yarışmışlar. Bakı şəhəri Nizami rayonu 251 saylı məktəbin 11-ci sinif şagirdi Cavad Cəbrayılov və Rəsul Cəbrayılovun İnstitutun “Aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları” laboratoriyasında yerinə yetirdikləri layihə ekolologiya mövzusu nominasiyasında gümüş medala layiq görülmüşdür. Qalib sertifikat və medallarla mükafatlandırılmışdır.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.