Fotos
AMEA Botanika İnstitutunun doktorantı İtaliyada elmi ezamiyyətdə olub
Yan 09 , 2019 | 03:34 / ELMİ - KÜTLƏVİ TƏDBİRLƏR
Oxunma ( 2677 )

AMEA Botanika İnstitutunun doktorantı Aydan Zeynalova İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Florensiya bölməsinin Davamlı Bitki Mühafizəsiİnstitutunda elmi ezamiyyətdə olub. Səfər Botanika İnstitutu və Davamlı Bitki Mühafizə (CNR-IPSP) İnstitutu arasında əməkdaşlığa dair imzalanmış müqavilə çərçivəsində həyata keçirilib.

A.Zeynalova ezamiyyət müddətində müasir genetik, xromatoqrafik və spektrofotometrik metodlardan istifadə etməklə yabanı Nar bitkisi üzərində analizlər aparıb. Tədqiqat işlərinə Davamlı Bitki Mühafizə İnstitutunun əməkdaşı, Prof. Dr. Biankaelena Maserti rəhbərlik edib.

Nar bitkisinin yarpaqlarından alınmış DNT nümunələrinin analizini aparmaq üçün PZR (polimeraz zəncir reaksiyası) metodundan istifadə olunub. Yarpaq, şirə, ləçək, qabıq ekstraklarının tərkibindəki ümumi fenollarin kəmiyyət tərkibi  spektrofotometrik üsulla öyrənilib, yüksək maye xromatoqraf istifadə etməklə fenol komponentlərinin keyfiyyət və kəmiyyət tərkibləri müəyyənləşdirilib. DPPH (2,2-difenil-1-pikrilhidrazil) metodundan istifadə etməklə nar bitkisinin müxtəlif orqanlarından alınmış ekstraktların  antioksidant fəallığı öyrənilib.  

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.