Fotos
AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu ildə ilk iclası keçirilib
Yan 11 , 2019 | 04:05 / Mühüm hadisələr
Oxunma ( 2356 )

Yanvarın 10-u AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu ildə ilk iclası keçirilib. Tədbirdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunu direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev və şuranın üzvlər iştirak edib.Əlövsət Quliyev  gənc alimlərə böyük diqqət  göstərildiyini qeyd edib. O, gənclərin elmi fəaliyyətlərinin gücləndirilməsi, elmin təbliğində gənclərinin fəal iştirakı, prespektivlərinin artırılması, xarici dillərin mənimsənilməsi kimi məsələləri xüsusilə vurğulayıb. Gənc Alimlər və Mütəxəssislər Şurasının sədri Fərid Mustafayev isə gündəlikdə duran məsələləri iclas iştirakçılarının  diqqətinə  çatdırıb. İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətində dəyişikliklər edilib. Həmçinin iclasda şuranın 2019-cu il üçün illik fərdi planı və il ərzində təşkil olunacaq açıq qapı günləri,elmi seminarlar, konfrans və elmi praktiki tədbirlər müzakirə edilib.

Gənclər Akademiyasının fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənc alimlərin bir araya gətirilməsi, onların еlmi pоtеnsiаlının və fəaliyyətinin аrtırılmаsı, elmi təşəbbüslərinin stimullаşdırılmаsı, əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili və s. həyata keçirilməsindən ibarətdir. Akademiyanın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.