Elmin İnkişaf Fondunun bəzi müsabiqələri ləğv edildi
Yan 16 , 2019 | 02:41 /
Oxunma ( 2522 )

“Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 yanvar tarixli Fərmanının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun fəaliyyətiözünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil edilməlidir.

Bu proseslə əlaqədar olaraq, Elmin İnkişafı Fondu elan olunmuş aşağıdakı müsabiqələr üzrə layihələrin qəbulunu dayandırır:

-        “Azərbaycan və Türk Dünyası” tədqiqatları üzrə qrant müsabiqəsi;
-        9-cu “Mobillik qrantı” müsabiqəsi.

Elmin İnkişafı Fondu və TÜBİTAK tərəfindən birgə təşkil olunmaqla keçirilən 1-ci Azərbaycan-Türkiyə (“AzTürk-1”) beynəlxalq qrant müsabiqəsinə layihələr yalnız sənaye və biznes qurumlarının maliyyə dəstəyi verildiyi halda qəbul olunacaqdır.

Zəruri hallarda əlavə məlumat veriləcəkdir.

Nəzərə alınması xahiş olunur.

 

Şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA üzrə fəaliyyət göstərən gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili,əldə еtdikləri еlmi yеniliklərin müxtəlif kütləvi informasiya vasitələrində işıqlandırılması, onlara mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. həyata keçirlməsindən ibarətdir. Şurаnın fəaliyyətinə həmçinin, elmin respublika üzrə təbliğ edilməsi və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri daxildir.